Suriyanın Türkiyə ilə sərhəddə - Türkməndağı bölgəsində müxalif qruplaşmalar rus və suriyalı hərbçilərinin birgə toplantısına qəfil hücum edərək, 8-i general olmaqla, 15 hərbçini məhv ediblər.
Qaziler.az Anadolu Ajansı-na istinadən xəbər verir ki, bölgədəki əməliyyatları müzakirə etmək üçün Duveyrik və Səlma qəsəbələri arasında toplantı keçirən rus və suriyalı hərbçilər bir anda müxaliflərin hücumuna məruz qalıb.Nəticədə 4-ü rus, 4-ü isə suriyalı general olmaqla, 15 hərbçi öldürülüb.
Öldürülən rus hərbçilərdən birinin Suriyadakı əməliyyatları koordinasiya edən Yuri adlı general-leytenant olduğu iddia edilib. Digər 3 rus hərbçi isə general-mayor olub.
Öldürülən suriyalı generallar isə general-mayor Amid Munzur, general-mayor Əli Cabir, general-mayor Əli Umran və general-mayor, adının əvvəli Adnan olduğu şəxsdir.