Suriya üzrə danışıqların növbəti raundu fevralın 25-də keçiriləcək.
Qaziler.az bildirir ki, APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT Baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.“Suriya üzrə danışıqlara müvəqqəti fasilə verilir. Danışıqların yeni raundu fevralın 25-də keçiriləcək. Tərəflər münaqişənin siyasi-diplomatik yolla dinc həllinə yönələn dialoqun davam etdirilməsinə müsbət yanaşır”, deyə S.de Mistura bildirib.



