Cəmi beş il əvvəl Suriyanın Xüms şəhərində 1 milyona yaxın insan yaşayırdı.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, müharibəyə qədər ölkənin əsas sənaye mərkəzləri məhz Xümsdə yerləşirdi. Çünki bu şəhər kiçik olmasına baxmayaraq, ölkə tarixində həmişə siyasi-iqtisadi mərkəz rolunu qoruya bilmişdi.Paytaxt Dəməşqdən 162 kilometr məsafədə yerləşən Xüms indi xarabalq sözünün belə tam ifadə edə bilmədiyi bir yerə çevrilib. “Dünyanın mirası” sayılan Krak de Şevalye qəsrini əsrlər boyu qoruyan şəhər indi viran qalıb.
Hazırda Xüms Əsəd ordusu ilə müxaliflərin hərbi əməliyyatlar meydanına dönüb. Şəhərdə yaşayış yoxdur, infrastruktur məhv edilib.
Şəhərin müharibədən əvvəlki və sonrakı görüntülərini təqdim edirik: