Suriyada raket atəşi nəticəsində 15 nəfər ölüb, 58 nəfər yaralanıb

Suriyada raket atəşi nəticəsində 15 nəfər ölüb, 58 nəfər yaralanıb backend

Suriyanın Deraa şəhərində raket atəşi nəticəsində 15 nəfər ölüb.

Qaziler.az bildirir ki, APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Deraa şəhər xəstəxanasından bildiriblər.

“Ölənlərin sayı 15-çatıb, 58 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onların arasında uşaqlar da var. Yaralıların bir çoxunun vəziyyəti ağırdır, ölənlərin sayı arta bilər”, məlumatda deyilir.