Cənubi Afrika prezidenti şəxsi bağına xərclədiyi dövlət pulunu qaytaracaq

Cənubi Afrika prezidenti şəxsi bağına xərclədiyi dövlət pulunu qaytaracaq backend

Cənubi Afrika prezidenti Yakob Zuma Nkandla məntəqəsində yerləşən şəxsi bağ evinin abadlaşdırılmasına xərclədiyi 23 milyon dollar dövlət pulunun bir qismini qaytarmağa razılaşıb.

Qaziler.az BBC-yə istinadən bildirir ki, 2014-cü ildə dövlət nəzarətçisinin hesabatında deyilirdi ki, Zuma “əsassız olaraq” abadlaşdırılma işlərindən bəhrələnib.
Cənab Zuma deyib ki bu mübahisəyə son qoymaq üçün, Baş auditor və Maliyyə naziri onun nə qədər pul ödəməli olduğunu müəyyən etməlidirlər.
Bu xəbər həmin məsələyə Konstitusiya məhkəməsində baxılmasına 1 həftə qalmış ortaya çıxıb.
Yakob Zumanın dogma bölgəsi olan KwaZulu-Natal vilayətinin Nkandla kəndində bağ evinin abadlaşdırılması ilə bağlı əhvalat Cənubi Afrikada əsas siyasi qalmaqal halına gəlib.
Pulların bir qismi amfiteatr şəklində qurulmuş bina, çimərlik hovuzu və mal-qara üçün hasarlanmış tövlənin tikintisinə xərclənib.
Korrupsiya hadisəsinin araşdırılmasına çağıran müxalifətçi Demokratik Alyans (DA) qrupu və Julius Malema adına İqtisadi Azadlıq Mübarizləri (EFF) təşkilatı bildiriblər ki, prezidentin son təklifindən asılı olmayaraq, onlar bu məsələyə məhkəmədə baxılmasını tələb edəcəklər.