Rusiya ilə iqtisadi və energetika sahəsində əməkdaşlıq yumşaq gücün bir hissəsidir. Axar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili parlament qarşısında illik hesabat verərkən söyləyib. Onun sözlərinə görə, hökumət “Qazprom”la danışıqları şəffaf aparmalıdır:
“Mən yenə də təkrar edirəm, “Qazprom” təkcə energetika deyil. Unutmaq lazım deyil ki, Rusiya iqtisadi rıçaqları siyasi məqsədlər üçün istifadə edir. Ona görə də “Qazprom”la danışıqlar şəffaf şəkildə aparılmalıdır”.
Qeyd edək ki, Tiflis enerji mənbələrinin diversifikasiyasını həyata keçirməkdən ötrü “Qazprom”la danışıqlara başlayıb. Artıq tərəflər arasında dörd dəfə görüş baş tutub.