ABŞ-ın “Microsoft” korporasiyası virtual klaviatura işləyib hazırlayan Britaniya firması “Swiftkey”i satın alıb. İKT.lent.az-ın “Financial Times”a istinadən verdiyi xəbərə görə, sövdələşmənin dəyəri 250 milyon dollar təşkil edib.
“Swiftkey” virtual klaviaturası bir neçə il əvvəl istifadəçinin daxil etmək istədiyi sözləri dəqiq bilməsi ilə məşhurlaşıb. Klaviatura süni intellektə bənzər funksiya yerinə yetirərək istifadəçinin hansı sözü və ya söz birləşməsini daxil etmək istədiyini dəqiq müəyyən edir. Mobil cihaz istifadəçiləri “Swiftkey”dən nə qədər çox istifadə edirsə, klaviaturanın imkanları da o qədər artır, çünki istifadə dövründə o, öyrənməyə davam edir və sahibinin yazmaq istədiklərini daha dəqiq bilir.2015-ci ilin oktyabrına olan məlumata əsasən “Swiftkey” 100-dən çox dil və dialekti dəstəkləyir. Lakin böyük istifadəçi bazasına (300 milyon cihaz) baxmayaraq, şirkət etibarlı biznes model tapmaqda çətinlik çəkib. Əvvəlcə onlar bu proqramı 4 dollardan satıblar, lakin sonradan bundan imtina edərək əlavəni pulsuz ediblər. “Swiftkey”in qazancı qismən klaviaturanı öz cihazlarında quraşdıran “Samsung” və “BlackBerry” ilə əməkdaşlıqdan əldə edilirdi