Türkiyədə dollar rekord dərəcədə bahalaşıb. Mərkəzi Bankın açıqlamasında bildirilir ki, bu gün səhər saatlarında 2,57 lirə olan 1 ABŞ dolları, axşam saatlarında isə bahalaşaraq 2,63 lirə təşkil edib.
Qeyd edək ki, Türkiyədə bir həftə əvvəl 1 ABŞ dolları 2 lirə 53 qəpik idi.Türk iqtisadçı ekspertlər hesab edirlər ki, dolların bundan sonra da bahalaşma ehtimalı böyükdür. Onların sözlərinə görə, dünyada gedən bir sıra proseslərin dolların müxtəlif ölkələrdə bahalaşmasına səbəb olub.Qeyd edək ki, dollar Azərbaycan və Gürcüstanda da bahalaşıb. Hazırda Azərbaycanda 1 ABŞ dolları 1,0490 AZN təşkil edir. Azərbaycanda isə Türkiyədən fərqli olaraq dollar manat qarşısında hər gün az da olsa ucuzlaşır.
Mənbə