Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasının yekunları hələ də ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Virtualaz.org xəbər verir ki, AŞPA və Ukrayna parlamentinin üzvü, Krım tatarlarının lideri Mustafa Cemilev dünya birliyini Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Cemilev haqqın.az saytının əməkdaşlarına müsahibəsində deyib ki, Robert Uolterin məruzəsi kimi vacib sənədlər üzrə böyük iş aparılmalıdır ki, nəticədə onların qəbuluna nail ola biləsən.
“Təəssüf ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyəti bu cür iş aparmadı”, - Krım tatarlarının lideri belə deyib. Bunun əksinə olaraq, Mustafa Cemilevin sözlərinə görə, erməni nümayəndə heyəti fəal idi, demək olar ki, bütün ölkələrin nümayəndələri ilə sıx münasibət qurmuşdular. Sözlərinə əlavə olaraq Cemilev deyib: “Güman edə bilərəm ki, burada ermənilər avropalı deputatları yalnız sözlə inandırmaqla kifayətlənməyib, başqa “arqumentlər”dən də istifadə ediblər”. “Açığını desəm, Azərbaycan nümayəndə heyəti daha pis işlədi”, - Cemilev belə deyib.Mustafa Cemilev: “AŞPA-da Azərbaycan nümayəndə heyəti ermənilərdən pis işlədi”

