Ərdoğanın Azərbaycana səfərinin vaxtı açıqlandı

Ərdoğanın Azərbaycana səfərinin vaxtı açıqlandı backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum olub. APA-nın əldə etdiyi məlumata görə, səfərin fevralın 18-də baş tutması gözlənilir. Hazırda səfərin detalları dəqiqləşdirilir.


Ərdoğanın səfəri zamanı Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası da keçiriləcək.