“Lada Priora” gülləbaran edildi: ölənlər var

“Lada Priora” gülləbaran edildi: ölənlər var backend

İnquşetiyanın paytaxtı Nazran şəhərinin mərkəzində naməlum silahlı şəxslər minik avtomobili atəşə tutub, nəticədə iki nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İnquşetiya DİN-nin mətbuat xidmətinin nümayəndəsi bildirib.

“Nazranın mərkəsindəki “XXI век” ticarət mərkəzinin qarşısında naməlum şəxslər avtomat silahlardan “Lada Priora” markalı avtomobili atəşə tutduqdan sonra hadisə yerindən uzaqlaşıblar”, - deyə məlumatda bildirilir.

Hücum nəticəsində avtomobildə olan bir kişi və bir qadın hadisə yerində ölüblər. Onların kimliyi müəyyənləşdirilir.

Hücum edən şəxslərin axtarışı davam etdirilir.