Türkiyə PKK-ya qarşı əməliyyatları dayandırır

Türkiyə PKK-ya qarşı əməliyyatları dayandırır backend

Türkiyənin Daxili İşlər naziri Əfkan Ala Cizrə və Sur mahalında aparılan əməliyyatlarla bağlı bəyanat verib.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bölgənin 99 faizinin terrorçulardan təmizləndiyini deyən Ala əməliyyatların yekunlaşacağı tarixi də açıqlayıb.

"Təxminən 100-ə qədər binada əməliyyat aparılacaq. Bir neçə gün ərzində əməliyyatlar başa çatacaq", - Ala bildirib.

Nazir bundan sonra əməliyyatların aparılacağı bölgələrdə PKK rəhbərlərinin də olduğunu qeyd edib.