ABŞ-ın OneGo şirkəti ilk dəfə təyyarələr üçün limitsiz qediş-qəliş biletləri satışına start verib. Bu barədə Trend Lenta.ru saytına istinadən məlumat verir. Hələlik aksiya üzrə uçuşlar yalnız ABŞ ərazisini əhatə edir, amma şirkətin planlarında səyahət üçün istiqamətlərin artırılması var.
Servisin təklifləri ölkənin əsas aviadaşıyıcılarının 500 istiqamət üzrə 76 aeroportu nəzərdə tutur.Ən ucuz gediş-gəliş biletinin qiyməti bir ay ücün 1,5 min dollar təşkil edir.
Mərkəzi ştatlar arası limitsiz uçuşlar - 1950 dollar, bütün ölkəni əhatə edərsə - 2950 dollardır.
Şirkət qeyd edir ki, limitsiz biletlər üzrə uçuşların sayı məhdud deyil.