Erməni nazir: “Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak etməliyik”

Erməni nazir: “Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak etməliyik” backend

“Ermənistanın I Avropa Oyunlarında iştirakı mütləqdir”. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın idman naziri Qabriel Kazaryan deyib.

“Bakıda keçiriləcək Avropa Oyunlarında iştirakımız mütləqdir. Biz bu oyunlarda iştirak etməliyik. Bu, mənim subyektiv fikrimdir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Milli Olimpiya Komitəsi və İdman Nazirliyi hələlik məsələ ilə bağlı rəsmi mövqeyini bildirməyib.
Diaspora