“Biz Çanaqqala savaşının 100-cü ildönümünü qeyd edirik. Bununla bağlı Ermənistanla yazışma içərisində deyilik. Bu tədbirlərlə dünyaya çox böyük sülh mesajları vermək istəyirik. Hazırda bu mesajların verilməsini çox vacib hesab edirik”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun deyib.Rusiyanın Çanaqqala savaşının 100-cü ildönümü ilə bağlı tədbirlərə qatılacağı barədə məlumatlara münasibət bildirən səfir bunları deyib: “Rusiya kimi çox yaxşı münasibətlər qurduğumuz bir ölkənin də bu tədbirdə ən yüksək şəkildə iştirak etməsini çox məmnunla qarşılaya bilərik”.
Səfir tədbirdə konkret olaraq hansı ölkələrdən nümayəndələrin iştirak edəcəyi haqda məlumatının olmadığını söyləyib: “Amma Çanaqqala savaşı ilə əlaqəsi olan ölkələrin hamısına dəvətnamə göndərmişik. Biz bu tarixi hadisənin tanınması üçün ev sahibliyi etməyə hazırıq. Azərbaycan prezidenti də Türkiyədə səfərdə olanda bu tədbirlərə qatılacağını söylədi, biz bundan məmnunluq duyuruq”.