Prezident iqamətgahı ələ keçirilib

Prezident iqamətgahı ələ keçirilib backend

Yəmənin paytaxtı Sənada yerləşən prezident iqamətgahı “Ansar Alla” adlandırılan hərəkatın yaraqlıları tərəfindən ələ keçirilib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu barədə “Al-Arabiya” telekanalı öz mənbələrinə istinadən xəbər verir.

Qeyd edək ki, yanvarın 18-də “Al-Husi” adlandırılan hərəkatın üzvləri hakimiyyətin yürütdüyü siyasətə etiraz əlaməti olaraq Prezident Administrasiyasının rəhbərini oğurlayıb.

Yanvarın 19-da yaraqlılarla prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları arasında baş verən qarşıdurma nəticəsində 9 nəfər ölüb, 60 nəfərdən çoxu isə yaralanıb.

Silahlı qarşıdurmanın qarşısını almaq cəhdləri heç bir nəticə vermir.
Diaspora