Tinatin Xidaşeli Yerevanda AŞPA-dakı qətnamə barədə sualdan yayınıb

Tinatin Xidaşeli Yerevanda AŞPA-dakı qətnamə barədə sualdan yayınıb backend

Ermənistanda səfərdə olan Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli AŞPA qış sessiyasında Ermənistan üzrə məruzələrə dair Gürcüstan parlament nümayəndə heyətinin səsverməsi ilə bağlı suala cavab verməkdən imtina edib.

Qaziler.az BBC-yə istinadən bildirir ki, Ermənistan Müdafiə Nazirliyində brifinq zamanı Tina Xidaşeli jurnalistlərə xatırladıb ki, artıq Gürcüstan parlamentinin üzvü deyil və az qala bir ildir ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Gürcüstan nümayəndə heyətində təmsil olunmur, odur ki, “keçmiş həmkarlarının qərarını” şərh edə bilməz.
“Lakin AŞPA-da Ermənistan və Gürcüstan nümayəndə heyətlərinin necə səs verdiyinə nəzər salsaq, bunun statistikası erməni və gürcü nümayəndə heyətlərinin bir-birindən razı qaldığından xəbər vermir”, - “Bu siyasətdir”, - Gürcüstan müdafiə naziri əlavə edib.
Gürcüstan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında t erməni tərəfin “öz maraqlarına zidd” hesab etdiyi hər iki qətnamənin qəbul olunmasının lehinə tam tərkiblə səs verib.
Ötən həftə AŞPA iclasında britaniyalı millət vəkili Robert Walter tərəfindən hazırlanan “Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması” və bosniya və herseqovinalı millət vəkili Milisa Markoviç tərəfindən Dağlıq Qarabağda yerləşən Sərsəng su anbarı ilə bağlı hazırlanmış “Azərbaycanın sərhədyanı əhalisi qəsdən sudan məhrum edilir” adlı məruzələr təqdim olunub. Yalnız ikinci məruzə üzrə qətnamə qəbul olunub, lakin Gürcüstan nümayəndələri hər ikisinin lehinə səs veriblər.
Siyasi şərhçilər Ermənistanın da, xüsusilə Avrasiya İqtisadi İttifaqına daxil olduqdan sonra, beynəlxalq strurkturlarda Gürcüstanın maraqlarına zidd səs verdiyini qeyd edirlər.
Politoloq Stepan Safaryanın “Azatutyun.com”-a dediyinə görə, Yerevanın siyasəti “sırf Kremlin maraqlarını əks etdirir”.