Türkiyə Silahlı Qüvvələri Qızıldağda Bəşər Əsədə sadiq qüvvələrin mövqelərini top atəşinə tutub.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, türk hərbçiləri sərhəddə yerləşən Qızıldağın Murtlu zirvəsini hədəf alıblar.Məlumata görə, atışmalar zamanı 5 Suriya əsgəri yaralanıb.
Qeyd edək ki, son zamanlar Əsəd tərəfdarları ölkənin cənubu ilə yanaşı, şimal və şimal-qərb bölgələrində də aktivləşiblər.
Rusiya qırıcıları da rejim tərəfdarlarına havadan dəstək verir.