Rusiya Su-35S qırıcılarını döyüş şəraitində sınaqdan keçirir

Rusiya Su-35S qırıcılarını döyüş şəraitində sınaqdan keçirir backend

Rusiyaya məxsus ən üstün manevr qabiliyyətli Su-35S qırıcıları ötən həftədən etibarən Suriyada hərbi tapşırıqları yerinə yetirməyə başlayıblar.

Qaziler.az Virtualorg.az-a istinadən xəbər verir ki, bu barədə RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov jurnalistlərə açıqlamasında bildirib.

İ.Konaşenkov deyib ki, artıq ötən həftədən “Himeymim” aviabazasında ən üstün manevr qabiliyyətinə malik Su-35S qırıcıları hərbi tapşırıqların icrasına başlayıblar.

General-mayor qeyd edib ki, son vaxtlar RF təyyarələri Suriya səmasındakı bütün uçuşları Rusiya və Suriya qırıcılarının, həmçinin S-400 kimi müasir zenit-raket sistemlərinin müşayiəti ilə həyata keçirir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın "Kommersant" qəzeti Baş Qərargahın ilk dəfə ən yeni Su-35S təyyarələrini Suriya ərazisindəki hərbi əməliyyatlarda sınamaq barədə qərar verdiyini açıqlamışdı.