Sonda Suriya münaqişəsinin hərbi həlli yolu yoxdur.
Qaziler.az Azadlıq Radiosuna istinadən bildirir ki, danışıqlar olmasa qan tökülməsi sonuncu Suriya şəhərinin xarabalığa cevrilməsinədək davam edəcək və praktiki olaraq hər bir ev, infrastruktur və sivilizasiya məhv ediləcək ki, bu döyüşə cəlb edilmiş terrorçuların artmasına səbəb olacaq.Bunu Suriya ilə bağlı sülh danışıqlarına münasibət bildirirəkən ABŞ Dövlət katibi John Kerry bəyan edib.
O qeyd edib ki, əgər münaqişə nəzarətdən çıxsa asanlıqla bütün regiona yayılacaq.
Qeyd edək ki, Cenevrədə Suriya ilə bağlı sülh danışıqları aparılır.
Suriyanın əsas müxalifət qrupu olan Ali Danışıq Komitəsi danışıqlara başlamamışdan müsbət dəyişiklik görmək istədiyini xəbərdarlıq edib.
Dəməşq nümayəndə heyətinin rəhbəri Bəşər əl-Cəfəri isə bu qrupun danışıqlara ciddi yanaşmadığını deyib.
Amma BMT-nin Suriya üzrə xüsusi elçisi Stefan de Mistura hər iki tərəflə ayrıca danışıqlar apardığını və nikbin olduğunu bildirib.