Deputatlar hərbi təlim keçəcək

Deputatlar hərbi təlim keçəcək backend

Polşa parlamentində deputatların hərbi hazırlıq kursları keçməsi barədə qərar qəbul olunub.

Ölkə rəsmiləri bunu Ukraynadakı münaqişə ilə bağlı olduğunu bildiriblər. Deputatlar bu münaqişənin qonşu ölkələrə, o cümlədən Polşaya yayılmasından ehtiyat edirlər və bundan narahatlıq hissi keçirirlər. Bu ölkədə hərbi mükəlləfiyyət yaşı 50 olsa da, sağlam və cavan görünən kişilər üçün istisnalar mövcuddur.

Parlamentin sədri Radoslav Sikorski deyib ki, hərbi hazırlıq kursları hərbi atıcılıq bazasında təşkil olunacaq. Deputatların hərbi təlim keçməsi gənc nəsil üçün nümunə yaradacaq.

Polşanın müdafiə naziri Tomas Semonyak da 18 yaşından 50 yaşınadək olan həmvətənlərini könüllü hərbi təlim keçməyə çağırıb.

Xatırladaq ki, Polşa bu yaxınlarda yeni təhlükəsizlik strategiyası qəbul edib və bu sənəddə Rusiya təcavüzkar adlandırılıb.
Diaspora