Xamenei müşavirini Moskvaya göndərdi

Xamenei müşavirini Moskvaya göndərdi backend

İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Velayəti Moskvaya səfər edib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuat Velayətinin Moskvada bir sıra rəsmi şəxslərlə görüşdüyünü bildirib.

Qeyd edək ki, Velayəti bundan öncə mətbuata açıqlamasında İranın Suriyanı heç vaxt yalnız qoymayacağını bildirib.