Böyük Britaniyanın Avropa Birliyindən ayrılması ümumilikdə qitə üçün mənfi nəticələrə gətirib çıxaracaq. Axar.az xəbər verir ki, bunu Fransa mətbuatına müsahibəsində Avropa Parlamentinin sədri Martin Şults söyləyib. Onun sözlərinə görə, Britaniyanın ittifaqdan uzaqlaşması Avropanın dünya siyasətindəki rolunu azaldacaq:
“Bu, arzuolunmaz addımdır. Avropa Birliyi olmadan Böyük Britaniyanın əlində olan bazarlar əhəmiyyətli dərəcədə azalacaq. Bundan başqa Avropa Birliyi BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və veto qoymaq hüququna sahib olan ölkəni itirəcək. Bu, Avropa Birliyinin beynəlxalq aləmdəki rolunu zəiflədəcək”.



