Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Səudiyyə Ərəbistanı səfərindən sonra krallıq Suriya mövzusunda vacib qərara imza atıb. Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyri Suriya müxalifətinə mümkün hərbi yardımdan danışıb:
“Müzakirələr uğursuz olsa, Suriya müxaliflərinə hərbi yardım ediləcək”, - nazir qeyd edib.
Xatırladaq ki, hazırda rəsmi Dəməşq və müxalif nümayəndələr Cenevrə şəhərində müzakirələri davam etdirir.



