Ukrayna İŞİD terror təşkilatı ilə Suriyada ABŞ koalisiyasının tərkibində vuruşmaq üçün plan hazırlayıb. Axar.az “İndependent”ə istinadla xəbər verir ki, Ukraynanın bu ölkədə Rusiya qoşunları ilə toqquşma imkanlarının olduğu bildirilib:
“Ümumiyyətlə, Ukraynanın hazırladığı plan ABŞ Müdafiə naziri Eşton Karterin gələn həftə Kiyevə səfəri zamanı müzakirə ediləcək. Ukrayna artıq Suriyaya öz döyüşçülərini göndərməyə hazırdır. Ümumilikdə Suriyaya göndəriləcək qoşunun miqdarı 7 min nəfər olacaq. Kifayət qədər döyüş təcrübəsi görmüş bu ordu Rusiya ilə qarşı-qarşıya gəlmək məcburiyyətində qala bilər”, - “İndependent” yazıb.



