Prezident kəşfiyyat idarəsini ləğv edəcək

Prezident kəşfiyyat idarəsini ləğv edəcək backend

Argentina prezidenti Kriştina Fernandez de Kişner ölkədə səs-küylü cinayət işini araşdıran prokurorun müəmmalı ölümünün araşdırılmasının nəticəsiz qalmasında kəşfiyyat idarəsini təqsirli bilib. Ölkə başçısı bildirib ki, Argentinanın kəşfiyyat idarəsini ləğv edəcək.

BBC-nin verdiyi məlumata görə, qadın prezident bildirib ki, yeni qanun layihəsi hazırlanır və bu, layihə 1983-cü ildən yenilənməyən təhlükəsizlik idarəsini tamamilə dəyişəcək. Xatırladaq ki, prokuror Alberto Nisman yüksək vəzifəli dövlət məmurlarının əleyhinə ifadə verməsinə saatlar qalmış evində müəmmalı şəkildə ölüb. İşi araşdıran istintaq qrupu Nismanın evində silah tapılmasını bəhanə edərək onun intihar etdiyini bildirib. Lakin daha sonra ictimaiyyət tərəfindən istintaqa olan təzyiqlər nəticəsində ölümün sui-qəsd nəticəsində ola biləcəyi barədə məlumat yayılıb.
Nismar 1994-cü ilə də paytaxt Buenyes-Ayresdə “yəhudi mərkəzi”nə qoyulan bomba nəticəsində 85 nəfərin ölümü ilə nəticələnən terror aktını araşdırırdı. 51 yaşlı prokuror cinayət işində bir çox məmurların adını hallandırmışdı. Onların sırasında, hətta ölkə prezidenti və xarici işlər nazirinin də adı vardı. Mərhum istintaqçı hesab edirdi ki, ölkə rəhbərliyi terror aktında adı keçən İran İslam Respublikası ilə münasibətləri pozmamaq üçün məsələni ört-basdır etməyə çalışır.
Diaspora