İstanbulun mərkəzində altı avtomobil yandırılıb

İstanbulun mərkəzində altı avtomobil yandırılıb backend

İstanbulun mərkəzində - Bəyoğlu rayonunda terrorçular altı avtomobilə od vurublar.

Qaziler.az AzərTAC-a istinadən bildirir ki, rəsmi məlumata görə, hadisə yerinə yanğınsöndürən briqadası və polis qüvvələri cəlb olunub.

Ölkənin Kahramanmarş bölgəsində isə təhlükəsizlik qüvvələri İŞİD qruplaşmasına qarşı antiterror əməliyyatı keçiriblər. Əməliyyat nəticəsində yeddi nəfərin şübhəli qismində saxlanıldığı bildirilir.