Ukraynada Azərbaycan Mədəniyyətinin İnkişafı Fondu yaradılıb

Ukraynada Azərbaycan Mədəniyyətinin İnkişafı Fondu yaradılıb backend

Dnepropetrovsk şəhərində Ukraynada Azərbaycan Mədəniyyətinin İnkişafı Fondunun təntənəli açılışı olub.

Qaziler.az bildirir ki, AZƏRTAC bu xəbəri “Ukrainskiye natsionalnıye novosti” saytına istinadla verir.

M.Maqomayevin adını daşıyan yeni təşkilat ilk növbədə Ukraynanın bu böyük regionunda mədəniyyət, incəsənət və idmanın inkişafına diqqət ayıracaq.

Fondda layihələrin həyata keçirilməsində şəhər hakimiyyəti orqanlarının dəstəyinə ümid bəslənilir.

Azərbaycan Mədəniyyətinin İnkişafı Fondunun prezidenti, Ukraynadakı diasporumuzun fəallarından olan Hafiz Aslanov deyib: “Bu fond bizim son 25 ildə gördüyümüz işin məntiqi davamıdır. Biz, şəhərin mədəniyyət tədbirlərində tərəfdaş kimi də fəal iştirak edəcəyik”.