İtaliyada iki böyük mafiyaya qarşı əməliyyat keçirilib.
Qaziler.az Xəzər Xəbər-ə istinadənxəbər verir ki, mafiya başçılarının sığınacağı sıx ağaclar və qayalar arasından keçən yolun sonundakı mağarada olub.İtaliya polisi ölkənin ən böyük cinayətkar şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirib. Əməliyyatda "Ndranheta" mafiyasının rəhbərləri mağaradan tapılıb.
Tutulan mafiya başçılarından Giuseppe Ferraro 1998, Giuseppe Krea ise 2006-cı ildən bəri axtarışda olub. Polis sığınacaqdan külli miqdarda silah-sursat və kokain də aşkarlayıb.
Qeyd olunur ki, bu mafiya narkotik və silah qaçaqmalçılığından illik 53 milyard avro qazanıb.



