Rusiya Türkiyə ilə sərhəd Azez qəsəbəsindəki hədəfləri ballistik raketlə vurub.
Axar.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, raket qəsəbədə boş əraziyə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.Yerli təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, dünən Rusiya hava hücumları nəticəsində sözügedən bölgədə iki mülkü vətəndaş həlak olub.