Rusiyanın Qara dəniz donanması 2015-ci ildə 200 yeni texnika və 40 hərbi gəmi alıb.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qara dəniz donanmasının admiralı Aleksandr Vitko söyləyb. Onun sözlərinə görə, donanmaya yeni Su-30SM qırıcıları da verilib.Qeyd edək ki, Qara dəniz donanması Sevastopolda yerləşir. Məhz bu donanma sayəsində Rusiya Qara dənizin şimal sahillərini nəzarət altında saxlaya bilir.