BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura müxalifətin boykotuna baxmayaraq yanvarın 29-da Cenevrədə rəsmi Dəməşqin nümayəndə heyəti ilə danışıqlara başlayıb.
Qaziler.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, nümayəndə heyətinə Suriyanın BMT-ki elçisi Bəşər Cəfəri rəhbərlik edir.Səudiyyə Ərəbistanın dəstəklədiyi müxalifət koalisiyası mühasirədə olan şəhərlərə humanitar yardım çatdırılması, atəşin dayandırılmasını tələb edir.
Qeyd olunur ki, kürdlərin nümayəndələri görüşdə iştirak etmir.
Xatırladaq ki, 5 ildir davam edən Suriya münaqişəsində azı 250 min adam ölüb.