Öldürülmək “istəyənlərin“ getdiyi şəhərlər

Öldürülmək “istəyənlərin“ getdiyi şəhərlər backend

Dünyanın ən təhlükəli şəhərləri siyahısında ilk pillədə Venesuelanın paytaxtı Karakas qərarlaşıb.

Dünyanın ən təhlükəli şəhərləri siyahısında ilk pillədə Venesuelanın paytaxtı Karakas qərarlaşıb. Şəhərdə cinayət hadisələrinin sayı günü-gündən artır. Yalnız bir il ərzində Karakasda 200-ə yaxın qətl hadisəsi törədilib.

Siyahının növbəti pilləsində Salvadorun paytaxtı San-Salvador qərarlaşıb. Şəhərdə hər il yüzlərlə insanları dəhşətə gətirən zorakılıq fakti və cinayət hadisəsi qeydə alınır. Bu ölkədə müəyyən saatlardan sonra küçəyə çıxmaq qorxulu hesab olunur.

Üçlüyü Meksikanın Akapulko şəhəri tamamlayır. Meksikanın turizm cənnəti sayılan bu şəhərin başı narkobaronlarla dərddədir. İl ərzində yüzlərlə qətl hadisəsinin törədildiyi bu şəhərdə silah səsi və yol kənarındakı insan cəsədləri adi hala çevrilib.