Rusiya PKK-nın Suriya qolu PYD-yə hərbi sahədə dəstək verəcək.
Qaziler.az-ın bildirdiyinə görə, Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb.Məlumata görə, tərəflər arasında baş tutan toplantılarda rəsmi Moskvanın PYD-yə hərbi yardımı ilə yanaşı, digər sahələrdə də dəstək göstərməsi ilə bağlı razılıq əldə olunub..
Bildirilib ki, rus hərbçilər PYD döyüşçülərinə “Strela” raketlərinin istifadəsi ilə bağlı təlim keçəcəklər.
Qeyd edək ki, Rusiya və PYD rəhbərləri arasında 5 görüş baş tutub. Görüşlərin əsas məqsədi İŞİD-ə qarşı birgə mübarizənin təşkil edilməsi olub.



