Rəsmi Dəməşq Suriya müzakirələrində iştirak etmək üçün artıq Cenevrədədir. QAZİLER.AZ Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Moskva rəsmisinin sözlərinə görə, Suriya böhranının həlli üçün danışıqlara hazırdır:
“Suriya müxalifəti də Cenevrə danışıqlarında iştirak edəcək. Sülh prosesinin yubanmadan həlli üçün tərəflərin ön şərt açıqlamaması lazımdır”.
Nazirik sözçüsü ayrıca, Sergey Lavrovun 1-3 fevralda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omana gedəcəyini açıqlayıb.