Qazaxıstan biznesin inkişafı üçün inanılmaz şərait yaradıb. Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev öz partiyasının növbəti iclasında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Qazaxıstan indiyə qədər xeyli sayda milyarder və milyonçu yetişdirib:
“O milyonçular “Forbes”də öz şəkillərini verdirirlər. Onlara bütün pullarını qazanmağa Qazaxıstan dövləti imkan yaradıb. O pulları yenidən ölkənizə yatırın. Pullarınızı buraya qaytarın və biz sizi bağışlayacağıq. İlkin özəlləşdirmə indiki kimi heç vaxt təmiz, şəffaf olmayıb. Biz hətta qanunvericiliyi də dəyişmişik. İndi vergi belə almırıq”.Nazarbayev qazax milyonçulara səsləndi: “Vaxtdır”

