Suriyanın şimalındakı Rojava bölgəsində YPG yeni əməliyyata hazırlaşır. Afrin ilə Kobani arasında yerləşən ərazi İŞİD-dən azad edilərsə, Manbic şəhərinə gedən yol açılacaq.
Axar.az xəbər verir ki, Türkiyə sərhədindən 35 kilometr məsafədə yerləşən şəhərin azad edilməsi üçün artıq hazırlıq işlərinə başlanılıb.
YPG liderlərinin Sputnik-ə verdiyi məlumata görə, əməliyyatlar zamanı Qərb koalisiyası havadan dəstək verəcək.
Digər tərəfdən əməliyyatın Bab şəhərini də əhatə edəcəyi gözlənilir.