Putinin eks-müşaviri məxfi Krım planını açdı - Şok

Putinin eks-müşaviri məxfi Krım planını açdı - Şok backend

Rusiya Krımı üç dəfə ələ keçirməyə cəhd edib. Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində Andrey İllarionov söyləyib. Onun sözlərinə görə, Moskva buna ilk cəhdi Narıncı inqilab vaxtı, 2004-cü ilin sonu 2005-ci ilin əvvəllərində edib:


“Əməliyyatın yüksək səviyyədə hazırlanmaması Kremli bu planın reallaşdırılmasını dayandırmağa vadar etdi. Bunun ardınca həmin planı 2010-cu ildə həyata keçirmək istəyirdilər. O zaman Ukraynada prezident seçkisi keçirilirdi. Əgər seçkidə Yuliya Timoşenko qalib olsaydı, o zaman rus qoşunları Krıma girəcəkdi. Yanukoviçin qələbəsi bu planı da təxirə saldı. Növbəti cəhd 2015-ci il seçkisi üçün nəzərdə tutulmuşdu. Hər şey Yanukoviçin qalibiyyətinə hesablanmışdı. Lakin Maydan çox tez başladı. O zaman bu hərəkatı nə Kiyevdə, nə də ki Moskvada gözləyirdilər. Ona görə də Putin anneksiyanı 2014-cü ildə reallaşdırmalı oldu”.

Qeyd edək ki, Ukraynada Maydan hərəkatı 2013-cü ilin noyabrından başlayıb. Bunun sayəsində o zamankı prezident Viktor Yanukoviç hakimiyyətdən devrilib.