Putin öz maaşını azaltdı

Putin öz maaşını azaltdı backend

Vladimir Putin Rusiya prezidentinin, baş nazirin, baş prokurorun və İstintaq Komitəsinin sədrinin əmək haqlarının 2015-ci ilin sonuna kimi 10 faiz azaldılması barədə sərəncam imzalayıb. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"2015-ci il martın 1-dən dekabrın 31-nə kimi Rusiya prezidentinin, baş nazirin, baş prokurorun, İstintaq Komitəsinin sədrinin aylıq əmək haqları və pul mükafatları 10 faiz həcmində azaldılacaq.

V. Putinin digər sərəncamı ilə Prezident Administrasiyası, Nazirlər Kabineti və Hesablama Palatasında çalışanların əmək haqları da 10 faiz ixtisara məruz qalıb.
Diaspora