Aralıq dənizində İŞİD xofu: Yeni plan

Aralıq dənizində İŞİD xofu: Yeni plan backend

İŞİD terror təşkilatı Aralıq dənizindəki gəmilərə hücum etməyi planlaşdırır. Axar.az xəbər verir ki, bunu İngiltərənin “Deyli Teleqraf” qəzetinə NATO-nun vitse-admiralı Kliv Conston deyib.


“İŞİD-in Liviya sahillərinə qədər varlığını genişlətməsi dəniz ticarətində narahatlıq yaradır. Bölgədəki terrorçuların əlində müasir Rusiya və Çin silahları var. İŞİD-in Aralıq dənizindəki sərnişin və yük gəmilərinə hücum ehtimalı yüksəkdir”, - NATO rəsmisi bildirib.

Qeyd edək ki, İŞİD 2015-ci ilin fevralında Liviyanın Aralıq dənizi sahillərindəki Sirt şəhərini ələ keçirib.