Rusiyada donuz qripi: 107 ölü

Rusiyada donuz qripi: 107 ölü backend

Rusiyada donuz qripindən ölənlərin sayı 107 nəfərə çatıb. Axar.az xəbər verir ki, Rusiya Səhiyyə naziri Veronika Skvortsova yanvar ayında Rusiyada donuz qripindən ölənlərin 107 nəfərə çatdığını, bunlardan 8-nin uşaq, 4-nün isə hamilə qadın olduğunu bildirib.


Skvortsova bu qripdən 2009-cu ildə 687 nəfərin həyatını itirdiyini qeyd edərək, xəstəliyə qarşı tədbir gördüklərini diqqətə çatdırıb.