ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın ABŞ veteranlarına dəstəyini nümayiş etdirən video-çarxda böyük yanlışlığa yol verilib. Axar.az xəbər verir ki, videoda II Dünya müharibəsində iştirak edən ABŞ veteranlarının əvəzinə Rusiya veteranlarının görüntülərindən istifadə olunub.
Trampun dəstək videosunda görüntülənən rusiyalı veteranlar buna sərt etiraz edib.
Tass-a danışan Tolyatti şəhərindən Sergey Yaşenko bunu görəndə hirsləndiyini bildirib:
“Veteranlarımızın ABŞ videosunda yer alması təbii ki, pis deyil. Ancaq Böyük Vətən Müharibəsində iştirak edən veteranlarımızdan icazə almaq lazım idi”.