Türkiyə ordusu PKK-ya qarşı mübarizədə istifadə etmək üçün təxminən 900 uzunqulaq alacaq. QAZİLER.AZ Axar.az-a istinadla xəbər verir ki, artıq ordunun büdcəsindən hər uzunqulaq üçün 1800 lirə (971 manat) ayrılıb.
Uzunqulaqlar dağlarda PKK ilə mübarizə aparan hərbçilərə yük və silah-sursat daşımaq üçün istifadə olunacaq.Qeyd edək ki, PKK hazırda türk ordusuna qarşı uzunqulaqlardan istifadə edir. Kəndlərdən terrorçulara göndərilən ərzaq heyvanlara yüklənərək dağlara aparılır.