Gürcüstan məhkəmənin qərarını alqışlayır

Gürcüstan məhkəmənin qərarını alqışlayır backend

Gürcüstan Beynəlxalq Cinayət Məhkəməsinin 2008-ci ildə Rusiyanın Gürcüstana hücum eləməsi ilə bağlı istintaqa başlamaq qərarını alqışlayıb.

Qaziler.az Azadlıq Radiosuna istinadən bildirir ki, söhbət həmin vaxt hərbi cinayətə yol verilməsindən gedir.

Gürcüstanın ədliyyə naziri Tea Tsulukani yanvarın 28-də Tbilisidə keçirdiyi mətbuat konfransında deyib ki, istintaq Gürcüstanın Rusiya və Cənubi Osetiyanın etnik təmizləmə aparmasını sübut etməsinə imkan yaradacaq.

Qeyd edək ki, Rusiya ordusu 2008-ci il avqustun 8-də Cənubi Osetiyaya görə qısa müddətə Gürcüstan ərazisinə soxuldu.

Bundan az sonra isə Moskva Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıdı.