Yanvarın 28-də Fransada taksi sürücüləri ardıcıl olaraq üç gün sürən etiraz aksiyasını davam etdirib.
Onlar heç bir xəbərdarlıq etmədən şimal-qərbdən Parisə gələn A-13 avtomobil trasını bağlayıb.Qaziler.az-ın məlumatına görə, AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, etiraz aksiyaları nəhəng tıxaclara səbəb olub. Həmçinin paytaxtın qərb girişində yerləşən Mayo meydanını da zəbt edən taksi sürücüləri Parisin dairəvi yolunu bağlamağa hazırlaşırlar. Bütün bunlar şəhərdə nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb.
Taksi sürücülərinin etiraz aksiyalarında Fransanın digər iri şəhərlərindən gələn yüzlərlə avtomobil iştirak edir. Aksiyalar Fransada avtomobilləri sürücü ilə birgə icarəyə verən firmaların fəaliyyətinə qarşı yönəlib. Əslində isə bu firmalar nizamnamələrində nəzərdə tutulmayan taksi funksiyasını yerinə yetirir. Taksi sürücüləri hökumətdən ədalətsiz rəqabətə son qoyulmasını tələb edir, bununla bağlı görülən tədbirləri yetərsiz sayırlar.