NATO: “Söhbət yüz minlərlə əsgərdən getmir”

NATO: “Söhbət yüz minlərlə əsgərdən getmir” backend

NATO özünün şərq sərhədində hərbi mövcudluğunu gücləndirməyi planlaşdırır. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq söyləyib.

Onun sözlərinə görə, bu, soyuq müharibə dövründəki kimi şərq sərhədlərimizə yüz minlərlə əsgərin yönləndirilməsi şəklində baş verməyəcək.

Qeyd edək ki, bundan öncə mətbuata açıqlamasında Stoltenberq Rusiyanın Avropa sərhədlərini dəyişdirmək istədiyini bildirib.