İran Bəşər Əsədə dəstəyi davam etdirəcək

İran Bəşər Əsədə dəstəyi davam etdirəcək backend

İran bundan sonra da Suriya hakimiyyətinə dəstəyini davam etdirəcək. Axar.az xəbər verir ki, bu barədə informasiyanı İran Xarici İşlər Nazirliyi yayıb. Nazirlik Cenevrədə Suriya ilə bağlı baş tutacaq görüşlərə müsbət baxdığını bildirib. Tehran bu konfransı konfliktin sülh yolu ilə həll edilməsi istiqamətində irəliyə doğru atılan mühüm addım kimi dəyərləndirib.


Qeyd edək ki, bu gün Cenevrə Suriya böhranının həll edilməsi üçün növbəti konfrans keçiriləcək.