Yapon kəşfiyyatı: Şimali Koreya hazırlaşır…

Yapon kəşfiyyatı: Şimali Koreya hazırlaşır… backend

Yaponiya Şimali Koreya ilə bağlı sensasion iddia ilə çıxış edib. Axar.az xəbər verir ki, yapon kəşfiyyatının əldə etdiyi məlumatlara görə, bir müddət öncə hidrogen bombasını uğurla sınaqdan keçirən rəsmi Pxenyan yaxın vaxtlarda uzaqmənzilli raket sınağına hazırlaşır.


“Kyoda” agentliyinə məlumat verən hökumət rəsmisi sınağın Şimali Koreyanın qərb sahillərində yerləşən Tonqçanq-ri poliqonunda baş tutacağını bildirib.