Bu ölkədə Google və Facebook bağlana bilər

Bu ölkədə Google və Facebook bağlana bilər backend

Rusiya hökuməti Google və Facebook-u bağlaya bilər. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin İnternet üzrə müşaviri Qerman Klimenko bəyan edib.

“Google və Facebook əvvəl-axır Rusiya qanunvericiliyinə riayət etməyə məcbur olacaqlar. Əks təqdirdə, onlar bağlana da bilərlər. Belə olan halda nə baş verəcək? Cavab olduqca bəsitdir – bundan Yandex və digər yerli şirkətlər faydalanacaq”, deyə Q.Klimenko bildirib.

Bununla belə Q.Klimenko qeyd edib ki, müvafiq qanun layihəsinin hazırlanması ilə şəxsən məşğul olmaq niyyətində deyil.