Şübhəli şəxs hadisə yerində saxlanılıb İstanbulda “Qrup - 24” tacik hərəkatının lideri Umarəli Kuvvatov öldürülüb. Qazilər.az saytı “Novaya qazeta” –ya istinadən bildirir ki, adıçəkilməyən şəxs İstanbulun Fateh rayonu ərazisində gəzintidə olan müxalifətçiyə başından atəş açıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, həmin şəxs müxalifətçiyə yaxınlaşaraq ondan nəsə soruşmuş, bundan sonra atəş açmışdır. U.Kuvvatov ailəsinin gözü qarşısında ölüb.
Hazırda şübhəli şəxs hadisə yerində saxlanılıb.
Qeyd edək ki, Kuvvatov və onun tərəfdarları keçən ilin dekabr ayında Düşənbədə Tacikistan prezidenti İmoməli Rahmonun istefası tələbi ilə mitinq keçirməyə çalışıb. Lakin hökumət orqanları tərəfindən görülən tədbirlər nəticəsində etiraz mitinqi baş tutmayıb.